Daha bir ulduz Xorvatiya millisindən getdi

Daha bir ulduz Xorvatiya millisindən getdi
Daha bir futbolçu Xorvatiya millisindəki çıxışını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Monako"nun qapıçısı Daniel Subaşiç milli karyerasını bitirib. 34 yaşlı qolkiper bu barədə "Instagram" hesabında məlumat yayıb.
"Hələ dünya çempionatının ardından ayrılmaq istəyirdim. Nə qədər oynayacağını hər kəsin özü müəyyənləşdirir. Bəlkə də, daha bir yarışda çıxış edə bilərdim. Lakin mən gənclərin də özlərini göstərmə şansı qazanmalarını istədim. Onlar Xorvatiya yığmasının gələcəyidi" deyə Subaşiç bildirib.
Qeyd edək ki, Daniel Subaşiç 2009-2018-ci illərdə yığmada 44 oyun keçirib. O, "DÇ-2018"in gümüş medalını qazanıb. Bundn əvvəl Moskva "Lokomotiv"inin müdafiəçisi Vedran Çorluka və "Yuventus"un hücumçusu Mario Mancukiç də Xorvatiya millisi ilə vidalaşıb.     
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər