Cerrard: "Sona qədər Avropa Liqasının qalibi olmağı arzulayacağıq"

Cerrard: "Sona qədər Avropa Liqasının qalibi olmağı arzulayacağıq"
"Reyncers"in baş məşqçisi Stiven Cerrard komandasının Avropa Liqasındakı hədəfini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" ingilis çalışdrıcının söylədiklərini belə çatdırıb:
"Avropa Liqasında mümkün qədər çox irəliləmək istəyirik. Sona qədər turnirin qalibi olmağı arzulayacağıq. Bu hədəfi təsnifat mərhələsini keçəndən bəri özümüz üçün şirin xəyala çevirmişik. Məncə, belə arzudan ziyan gəlməz.
Əlbəttə, rəqiblərimizə hörmətlə yanaşmaq da borcumuzdur. İndiki rəqibimiz - Praqa "Slaviya"sı Çexiya çempionatının lideridir. Cavab qarşılaşmasına arxayın çıxmaq niyyətindən uzağıq. Zirvəni arzulamaq təbii ki, gözəldir. Amma bunun üçün çox çətin imtahandan keçməli, ən yaxşı oyunumuzu göstərməliyik".
Qeyd edək ki, "Slaviya" - "Reyncers" oyunu martın 11-də keçirilib və 1:1 hesabı ilə başa çatıb. Cavab qarşılaşması martın 18-də Qlazqodakı "Aybroks" stadionunda baş tutacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər