Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Almaniya Futbol İttifaqının rəsmi saytına müsahibə verib. Fanat.az xəbər verir ki, alman mütəxəssis AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərimizi dəyərləndirib.
Foqts əvvəlcə millimizin ilk rəqibi olan Bolqarıstan yığmasını dəyərləndirib: "Bolqarıstan yığmasını asan rəqiblər sırasına daxil etməzdim".
Növbəti görüşlərdə İtaliya və Xorvatiya ilə üz-üzə gələcək milimizin baş məşqçisi zarafatından da qalmayıb: "Bu komandalar asan rəqiblərdi. Bunu siz də gözəl bilirsiniz. Biz də oynadıqdan sonra biləcəyik".
Xatırladaq ki, Azərbaycan millisi hazırda dünya reytinq sıralamasında 73-cü pillədə qərarlaşıb. İtaliya 14-cü, Xorvatiya 17-ci, Norveç 52-ci, Bolqarıstan 72-ci, Malta isə 146-cıdır.
Fanat.az