Bastoni Xorvatiya ilə oyundan öncə nə danışdı?

Bastoni Xorvatiya ilə oyundan öncə nə danışdı?

İtaliya millisinin müdafiəçisi Alessandro Bastoni Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda bu gün Xorvatiya seçməsinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Futboldan danışanda qorxu sözünü dilə gətirmək istəmirəm. Qorxu futboldan daha vacib şeylərə aiddir. Xorvatiyanın İspaniyaya qarşı keçirdiyi oyunu izləmişəm. Onlar uduzsalar da, çox sayda qol epizodu yaratdılar. Xorvatiyaya hörmət edirik. Rəqibin heyətində birlikdə 80-dən çox oyun keçirmiş futbolçular var. 

İspaniya ilə uğursuz matçdan sonra uğur qazanmağı çox istəyirik. Özümüzü ən yaxşı tərəfdən göstərmək niyyətindəyik. Biz hazırıq".

Xatırladaq ki, Xorvatiya - İtaliya qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər