Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin təyinatları açıqlanıb.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” – “Araz Naxçıvan” oyunu Kamranbəy Rəhimova, “Şamaxı” – “Turan Tovuz” görüşü isə Vüqar Həsənliyə tapşırılıb.
22 noyabr (çərşənbə axşamı)
14:00. MOİK – “Səbail” Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov Hakim-inspektor: Gülağa Cabarov Binə qəsəbə stadionu (canlı/pfl.az)
14:00. “Şamaxı” – “Turan Tovuz” Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov Hakim-inspektor: Vüsal Əliyev Şamaxı şəhər stadionu (canlı/ “CBC Sport”)
15:00. “Qəbələ” – “Araz Naxçıvan” Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov Hakim-inspektor: Ömər Paşayev Qəbələ şəhər stadionu (canlı/pfl.az)
23 noyabr (çərşənbə)
14:00. “Mingəçevir” – “Zirə” Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov Hakim-inspektor: Ramil Diniyev Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (canlı/pfl.az)
14:00. “Kəpəz” – “Sumqayıt” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev Hakim-inspektor: Əmrah İbrahimov Gəncə şəhər stadionu (canlı/ “CBC Sport”)
17:00. “Sabah” – “Qaradağ Lökbatan” Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva Hakim-inspektor: Babək Quliyev “Bank Respublika Arena” (canlı/ “CBC Sport”)