Avropa Liqasının finalı bu şəhərdə keçiriləcək

Avropa Liqasının finalı bu şəhərdə keçiriləcək
Avropa Liqasında cari mövsümün finalı Almaniyanın Köln şəhərində yerləşən "Rayn Enerqi" stadionunda oynanılacaq.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, UEFA bu barədə qərar qəbul edib. Daha əvvəl AL-in qalan oyunlarının 10-21 avqust tarixlərində Almaniyanın dörd şəhərində (Köln, Düsseldorf, Duysburq və Qelzenkirhen) keçiriləcəyinə dair məlumat yayılmışdı.
UEFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasından sonra qərarın rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 2019-20 mövsümündə Avropa Liqasının finalına Polşanın Qdansk şəhərindəki "Enerqa Qdansk" stadionu ev sahibliyi etməli idi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər