Avropa Liqasının ən yaxşısı açıqlandı

Avropa Liqasının ən yaxşısı açıqlandı

Avropa Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Fanat.Az xəbər verir ki, bu ada Frankfurt "Ayntraxt"ının yarımmüdafiəçisi Filip Kostiç layiq görülüb. 

Kostiç ötən mövsüm "Ayntraxt"la Avropa Liqasını qazanıb. O, 12 matçda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Serbiyalı futbolçu bu ay "Yuventus"a icarəyə verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər