"Atalanta"nın yeganə real şansı..." - Qasperini hədəflərini açıqladı

"Atalanta"nın yeganə real şansı..." - Qasperini hədəflərini açıqladı

"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasının 25-ci turunda "Sassuolo"nu darmadağın edən (3:0) komandasının hədəflərindən danışıb.

Fanat.Az xəbər verir ki, "Football Italia" onun dediklərini belə çatdırıb:

"Çempion olmaq üçün 90-95 və ya 100 xal toplamaq lazımdır. Bizim ən tariximizin ən yüksək göstəricisi isə 70-75 xal olub. İnsanlar titullar barədə düşünürlər, amma "Atalanta"nın yeganə real şansı İtaliya Kubokunu qazanmaqdır. Biz bu turnirin finalına iki dəfə çıxmışıq. Bu dəfə də həlledici matçda oynamağa və qələbə qazanmağa çalışacağıq. Yəni indiki şətlər altında 70 xal toplayaraq çempionatı 4-cü pillədə başa vursaq, çempionluğa bərabər nəticə qazanmış sayılacağıq".

Qeyd edək ki, hazırda 45 xalı olan "Atalanta" 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər