"Atalanta"nın gənc futbolçusu ölümlə mübarizə aparır

"Atalanta"nın gənc futbolçusu ölümlə mübarizə aparır
"Atalanta”nın futbolçusu Andrea Rinaldi xəstəxanaya yerləşdirilib.
Fanat.Az "Footbal İtalia”ya istinadən xəbər verir ki , 19 yaşlı yarımmüdafiəçiyə beyin anevrizması diaqnozu qoyulub. O, intensiv terapiya palatasına yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
Daha öncə KİV-də Andreanın dünyasını dəyişməsi haqda xəbərlər yayılsa da, məlumat təkzib edilib.
Rinaldi bu mövsüm icarə qaydasında D seriyasında yarışan "Lenyano”da çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər