“Atalanta”dan Şotlandiya klubuna

“Atalanta”dan Şotlandiya klubuna

“Reyncers” klubu “Atalanta”nın hücumçusu Sem Lammersi transfer edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiya təmsilçisi niderlandlının keçidi ilə bağlı paylaşım da edib:

“Reyncers” klubu dörd illik müqavilə ilə “Atalanta”dan Lammerslə anlaşma imzaladığı üçün xoşbəxtdir”.

PSV-nin yetirməsi olan forvard 2020-ci ildə İtaliya klubuna keçib. Daha sonra o, icarə əsasında “Ayntraxt” (Frankfurt), “Empoli” və “Sampdoriya” kimi klublarda çıxış edib.

Lammers 2022/23 mövsümündə İtaliya A Seriyasında 34 oyuna çıxıb, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər