"Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir" - Yürgen Klopp

"Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir" - Yürgen Klopp

"Liverpul"un baş məşqçisi Yürgen Klopp UEFA Avropa Liqasının 1/4 final mərhələsində evdə 0:3 hesabı ilə uduzduqları "Atalanta"nı Berqamoda məğlub etmələrinə (1:0) rəğmən, mübarizəni dayandırmalarından danışıb.

Fanat.Az xəbər verir ki, alman mütəxəssisin dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Biz oyunu udduq. Bu, məhz göstərmək istədiyimiz reaksiya idi. İşimiz çətin idi və belə olacağını bilirdik. "Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir. Qarışıq hisslər keçirirəm. Mübarizəni dayandırdıq, ancaq oyundan razıyam. Əlbəttə, Dublində final oynamaq istəyərdik, lakin alınmadı".

Qeyd edək ki, "Atalanta" yarımfinalda "Olimpik Marsel"lə üz-üzə gələcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər