"Cenoa" "Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuku heyətinə qatmaq üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Repubblica" yayıb.
Mənbə tərəflərin danışıqlara başladığını və Berqamo klubunun 26 yaşlı futbolçunu 12 milyon avroya satmağa hazır olduğunu vurğulayıb.
Mirançuk cari mövsüm "Atalanta" formasıyla bütün turnirlər daxil olmaqla, 12 oyuna çıxıb. Rusiya millisinin üzvü bu görüşlərdə 1qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
xatırladaq ki, "Cenoa"nı Ukranya yığmasından avqustda ayrılan Andrey Şevçenko çalışdırır.
Nihat