"Sassuolo"nun hücumçusu Jeremi Boqa "Atalanta" ilə müddəti 2026-cı ilı qədər nəzərdə tutulan müqavilə barədə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttoatalanta" yayıb.
Mənbə 24 yaşlı Boqanın Berqamo klubunda yanvarda komandanı tərk edəcəyi gözlənilən rusiyalı müdafiəçini - Aleksey Mirançuku əvəzləyəcəyini vurğulayıb.
Sözügedən futbolçunun "Atalanta"da indiki klubunda qazandığından 2 dəfə çox - ildə 1,2 milyon avro maaş alacağı bildirilib.
Jeremi Boqanın "Sassuolo" ilə olan müqaviləsinin müddəti 2023-cü ilə qədərdir. "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat