"AVRO-2020"nin seçmə mərhələsində II tura start verilib.
Fanat.Az xəbər verir ki, 4 qrupda 10 qarşılaşma baş tutub.
Günün əsas matçı C qrupunda Hollandiya və Almaniya milliləri arasında keçirilib. Amsterdamda baş tutan qarşılaşmanın ilk yarısında almanlar 2:0 hesablı üstünlük əldə edib. İkinci yarıda meydan sahibləri bərabərliyi təmin etsə də, son dəqiqədə Almaniya qələbə qolunu vurub - 3:2.
Qrupun digər görüşündə Şimali İrlandiya Belarusu qəbul edib. 3 qolun vurulduğu oyunda britaniyalılar qələbəyə sevinib - 2:1.
Azərbaycan millisinin mübarizə apardığı E qrupunda ilk oyun Uels və Slovakiya arasında keçirilib. Birinci turda Macarıstana qalib gəlmiş slovaklar ilk oyununu keçirən Britaniya təmsilçisinə minimal hesabla (0:1) yenilib.
Qrupun digər matçında Macarıstan Xorvatiya ilə üz-üzə gəlib. 3 qolun vurulduğu oyunda Xorvatiya məğlubiyyətə üzülüb - 1:2.
G qrupunda İsrail və Avstriya qarşılaşıb. İsrail 4:2 hesablı qələbə qazanaraq, gecənin sürpriz nəticəsinə imza atıb.
Qrupun digər oyunlarına gəlincə, Polşa Latviyanı 2:0 hesabı ilə yenib, Sloveniya - Şimali Makedoniya oyununda qalib müəyyənləşməyib - 1:1.
I qrupunda ilk turda Belçikaya uduzan (1:3) Rusiya Şotlandiyanı darmadağın etmiş (3:0) Qazaxıstanın qonağı olub. Bu dəfə ruslar darmadağına sevinib - 4:0.
Qrupun ikinci oyununda ilk turda darmadağında üzləşən San Marino ilə Şotlandiya qarşılaşıb. Şotlandlar "cırtdanlar”la səfər oyununda 2:0 hesablı qələbə qazanıb.
Qrupun digər oyununda isə seçmə mərhələyə qələbə ilə başlayan Cənubi Kiprlə Belçika qarşılaşıb. Bu görüşdə belçikalılar 2:0 hesablı qələbəyə sevinib.
AVRO-2020
Seçmə mərhələ
24 mart
C qrupu
Hollandiya - Almaniya 2:3
Qollar: Mattis de Lit, 48. Mempis Depay, 63 - Leroy Sane, 15. Serj Qnabri, 34. Niko Şkulz, 90.
Şimali İrlandiya - Belarus 2:1
Qolar: Conni Evans, 30. Coş Maqennis, 87 - İqor Staseviç, 33.
|
1 |
Ş.İrlandiya |
2 |
2 |
0 |
0 |
4:1 |
6 |
|
2 |
Almaniya |
1 |
1 |
0 |
0 |
3:2 |
3 |
|
3 |
Hollandiya |
2 |
1 |
0 |
1 |
6:3 |
3 |
|
4 |
Estoniya |
1 |
0 |
0 |
1 |
0:2 |
0 |
|
5 |
Belarus |
2 |
0 |
0 |
2 |
1:6 |
0 |
E qrupu
Uels - Slovakiya 1:0
Qol: Daniel Ceyms, 5.
Macarıstan - Xorvatiya 2:1
Qollar: Adam Szalay, 34. Mate Pakai, 76 - Ante Rebiç, 13.
|
1 |
Slovakiya |
2 |
1 |
0 |
1 |
2:1 |
3 |
|
2 |
Uels |
1 |
1 |
0 |
0 |
1:0 |
3 |
|
3 |
Macarıstan |
2 |
1 |
0 |
1 |
2:3 |
3 |
|
4 |
Xorvatiya |
2 |
1 |
0 |
1 |
3:3 |
3 |
|
5 |
Azərbaycan |
1 |
0 |
0 |
1 |
1:2 |
0 |
G qrupu
İsrail - Avstriya 4:2
Qollar: Eran Zahavi, 34; 45; 55. Munas Dabbur, 66 - Marko Arnautoviç, 8; 75.
Polşa - Latviya 2:0
Qollar: Robert Levandovski, 76. Kamil Glik, 84.
Sloveniya - Şimali Makedoniya 1:1
Qollar: Miha Zayç, 34 - Enis Bardi, 47.
|
1 |
Polşa |
2 |
2 |
0 |
0 |
3:0 |
6 |
|
2 |
İsrail |
2 |
1 |
1 |
0 |
5:3 |
4 |
|
3 |
Ş.Makedoniya |
2 |
1 |
1 |
0 |
4:2 |
4 |
|
4 |
Sloveniya |
2 |
0 |
2 |
0 |
2:2 |
2 |
|
5 |
Avstriya |
2 |
0 |
0 |
2 |
2:5 |
0 |
|
6 |
Latviya |
2 |
0 |
0 |
2 |
1:5 |
0 |
İ qrupu
Qazaxıstan - Rusiya 0:4
Qollar: Denis Çerişev, 19; 45+2. Artyom Cuba, 52. Abzal Beysebekov, 62 (avtoqol).
San Marino - Şotlandiya 0:2
Qollar: Kenni Maklean, 4. Conni Russel, 74.
Cənubi Kipr - Belçika 0:2
Qollar: Eden Hazard, 10. Miçi Batşuayi, 18.
|
1 |
Belçika |
2 |
2 |
0 |
0 |
5:1 |
6 |
|
2 |
Cənubi Kipr |
2 |
1 |
0 |
1 |
5:2 |
3 |
|
3 |
Rusiya |
2 |
1 |
0 |
1 |
5:3 |
3 |
|
4 |
Qazaxıstan |
2 |
1 |
0 |
1 |
3:4 |
3 |
|
5 |
Şotlandiya |
2 |
1 |
0 |
1 |
2:3 |
3 |
|
6 |
San Marino |
2 |
0 |
0 |
2 |
0:7 |
0 |
Fanat.Az