A Seriyası: "Yuventus" da evdə uduzdu, "Atalanta" da

A Seriyası: "Yuventus" da evdə uduzdu, "Atalanta" da
İtaliya A Seriyasının sonuncu – 38-ci turu başlayıb.
 
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə 5 görüş baş tutub.
 
Açılış matçında elitadan düşdüyü öncədən dəqiqləşən "Breşiya” "Sampdoriya”nı qəbul edib. Oyunda qalib müəyyənləşməyib - 1:1. "Atalanta” "İnter”ə öz meydanında uduzubsa, "Latsio” səfərdə "Napoli”yə boyun əyib. Çempion "Yuventus” "doğma divarlar" arasında "Roma”ya yenilib. "Milan” isə "Kalyari”yə yerini göstərib.
 
İtaliya A Seriyası
38-ci tur
 
1 avqust
 
Breşiya – Sampdoriya 1:1
Qollar: Torreqrosa, 49-pen – Leris, 41.
 
Milan – Kalyari 3:0
Qollar: Klavan, 11-öz qapısına. İbrahimoviç, 55. Kastilyexo, 57.
 
Atalanta – İnter 0:2
Qollar: D`Ambrosio, 1. Yanq, 20.
 
Yuventus – Roma 1:3
Qollar: İquayn, 5 – Kaliniç, 23. Perotti, 44-pen; 52.
 
Napoli – Latsio 3:1
Qollar: Ruis, 9. İnsinye, 54. Politano, 90+3 – İmmobile, 22.
 
2 avqust
 
20:00 SPAL – Fiorentina
22:45 Bolonya – Torino
22:45 Cenoa – Verona
22:45 Leççe – Parma
22:45 Sassuolo – Udineze
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər