A Seriyası: "Atalanta" son dəqiqələrdə sevindi

A Seriyası: "Atalanta" son dəqiqələrdə sevindi

İtaliya A Seriyasında 16-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Fiorentina” “Udineze”yə böyük hesabla qalib gəlib. “Cenoa” evdə “Atalanta”ya, “Sassuolo” isə “Torino”ya uduzub.

Bu turun “Napoli” – “Parma”, “İnter” – “Leççe”, “Verona” – “Bolonya” və “Komo” – “Milan” oyunları təxirə salınıb.

İtaliya A Seriyası 16-cı tur 20 dekabr

Latsio – Kremoneze 0:0

Yuventus – Roma 2:1 Qollar: Konseysao, 44. Openda, 70 – Baldansi, 76.

21 dekabr

Kalyari – Piza 2:2 Qollar: Folorunşo, 59. S.Kılıçyos, 71 – Tramoni, 45-pen. Moreo, 89.

Sassuolo – Torino 0:1 Qol: Vlaşiç, 66-pen.

Fiorentina – Udineze 5:1 Qollar: Mandraqora, 21. Qudmundsson, 42. Ndur, 45+5. M.Kin, 56; 69 – Solet, 66.

Cenoa – Atalanta 0:1 Qol: Hin, 90+4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər