İtaliya A Seriyasında 37-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə dörd görüş reallaşıb.
Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "Atalanta” səfərdə "Cenoa” ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı oyundan çətin qələbə ilə ayrılan "Atalanta” ÇL-ə vəsiqəni təmin edib. Ötən tur "Milan”a 0:7 hesabıyla yenilən "Torino” bu dəfə rəqib meydanında "Spetsiya”dan darmadağın alıb.
Turun mərkəzi görüşü Turində keçirilib. Çempion "İnter” burda "Yuventus”un müqavimətini qırmağa çalışıb. Amma beş qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Paytaxt derbisində isə "Roma” ilə "Latsio” münasibətlərinə aydınlıq gətirib. "Canavarlar” bu oyunda iki cavabsız qolla qalib gəliblər.
İtaliya A Seriyası
37-ci tur
15 may
Cenoa – Atalanta 3:4
Qollar: Şomurodov, 48; 84. Pandev, 67-pen – Sapata, 9. Malinovski, 26. Qosens, 44. Paşaliç, 51.
Spetsiya – Torino 4:1
Qollar: Saponara, 19. Nzola, 41-pen; 74. Erliç, 84 – Belotti, 54-pen.
Yuventus – İnter 3:2
Qollar: Ronaldo, 24. Kuadrado, 45+3; 88 – Lukaku, 35-pen. Kyellini, 83-öz qapısına.
Roma – Latsio 2:0
Qollar: Mxitaryan, 42. Pedro, 78.
Fanat.Az