İngiltərə futbolunun tarixində "Mançester Yunayted" kimisi olmayıb - Antirekord

İngiltərə futbolunun tarixində "Mançester Yunayted" kimisi olmayıb - Antirekord

"Mançester Yunayted" klubu cümə axşamı, dekabrın 26-da İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə "Vulverhempton"a uduzub - 0:2.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" ötən mövsümdə də dekabr ayında keçirdiyi 5 matçın hamısında məğlub olub. 

Bu barədə "Squawka" məlumat yayıb. Mənbənin hesablamasına görə, beləliklə, “Mançester Yunayted” Premyer Liqa tarixində ardıcıl iki mövsüm ilin sonuncu ayında bu qədər məğlubiyyət alan ilk klub olub.

Mankunianlılar bu mövsüm dekabrda "Vulverhempton"dan əvvəl “Arsenal” (0:2), “Nottingem Forest” (2:3), “Tottenhem” (3:4) və “Bornmut”a (0:3) uduzmuşdular.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər