"Yalandır, heç yerə getmirəm" - Füzuli Məmmədov

"Yalandır, heç yerə getmirəm" - Füzuli Məmmədov

"Mingəçevir"dən ayrılacağımla bağlı yayılan məlumatlar yalandır".

Bunu Fanat.Az-a açılamasında "Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədov deyib.

1-ci Liqa təmsilçisinin çalışdırıcısi "şəhərlilər"lə 3 illik müqaviləsinin olduğunu vurğulayıb:

"Klubla yanvarda 3 illik müqavilə bağlamışam. Əməkdaşlıqdan qarşılıqlı şəkildə məmnunuq. Rəhbərliklə müntəzəm əlaqə saxlayır, fikir mübadiləsi aparırıq. Bu xəbərləri məqsədli şəkildə yayırlar. Görünən budur ki, kimlərsə komandada ruh düşkünlüyü yaratmaq üçün hər yola əl atırlar. Heç yerə getmirəm, öz işimi davam etdirirəm. Hazırda yalnız qarşıdakı matçlar barədə düşünürəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər