Bu gün 1-ci Liqa təmsilçisi "Gəncəbasar" Gəncənin elita təmsilçisi "Kəpəz"lə sınaq matçına çıxıb. Gəncə şəhər stadionunda keçirilən oyun 16:30-da başlayıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matç başa çatandan sonra "Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri fikirlərini Fanat.Az -a bölüşüb: "Futbolçularıma Premyer Liqa komandasına göstərdikləri müqavimətə görə təşəkkür edirəm. Yoxlama oyunlarında hesabın önəmi yoxdur. Bizim üçün vacib olan futbolçuların fiziki, taktiki-texniki, psixoloji durumunun qaydasında olması, verilən tapşırıqları lazımi şəkildə yerinə yetirmələridir. Digər tərəfdən, komandanın 90 dəqiqə Premyer Liqa təmsilçisinə qarşı bu tempdə mübarizə aparması sevindirici haldır. Hərçənd bu uğurlu çıxış bizi aldada bilməz. "Baku Sportinq"lə qarşıdakı çempionat oyununa hazırlaşırıq. Bizi fasilədən sonra çətin matç gözləyir". Nihat
"Futbolçularıma Premyer Liqa komandasına göstərdikləri müqavimətə görə təşəkkür edirəm"
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
20:14
06.10.2026
"Qarabağ"ın futbolçusu Kərbəladan şəhidlərimizi yad etdi
Azərbaycan futbolu
17:33
06.10.2026
"Şahdağ Qusar"ın idman direktoruna töhmət verildi
Azərbaycan futbolu
16:04
06.10.2026
"Oyunun gedişindən asılı olaraq, 1 xal da dəyərli ola bilər, amma "Səbail"lə matçda..." - "Karvan-Yevlax"ın kapitanı
Azərbaycan futbolu
14:17
06.10.2026
"Səbail"in futbolçusu uzun müddətə sıradan çıxdı