Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

Mahmud Qurbanov Premyer Liqa klubundan aldığı təklifi geri çevirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, "Kəpəz"ə baş məşqçi təyin edilən Arif Əsədovun köməkçisi qismində çalışmaq çağırışına razılaşmayıb.

Əsədovun Gəncə komandasındakı köməkçilərinin kimliyinə gəlincə, hazırda bu yöndə hər şey dəqiqləşməyib.

Xatırladaq ki, "sarı-qaralar" geridə qalan "futbol ili"ni Misli Premyer Liqasının turnir cədəvlində 10-cu pillədə başa vurub. Mövsüm başa çatandan sonra "Kəpəz"dən ayrılan Azər Bağırov "Şamaxı"nın "sükanı arxası"na keçib. 

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər