Emin Zamanov: "Əslində, Premyer Liqa klubuna keçmək istəyirdim"

Emin Zamanov: "Əslində, Premyer Liqa klubuna keçmək istəyirdim"

"Əslində, Premyer Liqa klubuna keçmək istəyirdim".

Bunu Fanat.Az-a açıqlamasında ötən mövsümün sonunda 1-ci Liqanın qalibi "Şəfa"dan ayrılan yarımmüdafiəçi Emin Zamanov deyib.

Hücumameyilli orta xətt oyunçusu MOİK-lə anlaşdığını təsdiqləyib: "İş elə gətirdi ki, Premyer Liqadan uyğun təklif olmadı. Xeyirlisi... MOİK-lə razılığa gəlmişik, amma hələ müqavilə bağlamamışıq".

Xatırladaq ki, "hərbçilər" son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Qarşısına çempionluq məqsədi qoyan komandanı hədəflərinə çatdıra bilməyən baş məşqçi İlham Yadullayevin postundan göndəriləcəyi gözlənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirməyi uyğun sayıb.

Toğrul 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər