Vüqar Əsgərov Premyer Liqaya qayıdır

Vüqar Əsgərov Premyer Liqaya qayıdır

Noyabrda "Sumqayıt"la yollarını ayırdıqdan sonra klubsuz qalan Vüqar Əsgərov meydana qayıtmağa hazırlaşır. Fanat.az xəbər verir ki, milli komandamızın sabiq hücumçusu yenidən Premyer Liqada oynamaq istəyir.

Hazırda sabiq klubu, Latviya təmsilçisi "Metallurq"un düşərgəsində məşq edən və zədəsini tam sağaldan Vüqar Premyer Liqa klublardan gələcək təklifləri gözləyir. Vaqif Sadıqovun vaxtında AZAL-la anlaşan və yayda bu kluba keçmək niyyətində olan Əsgərov Tərlan Əhmədovun gəlişindən sonra ümidini itirib. O, indi yenidən klub axtarmalıdı.

Qeyd edək ki, 28 yaşlı hücumçu "Sumqayıt"da 12 oyun keçirib və 2 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər