Vinisiusdan əli üzülən ərəblər Premyer Liqanın qolçusunu hədəf aldı

Vinisiusdan əli üzülən ərəblər Premyer Liqanın qolçusunu hədəf aldı

"Real Madrid"dən Vinisiusu ala bilməyən Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu başqa hücumçunu hədəfə alıb.

Fanat.Az xəbər verir ki, söhbət "Brentford"un qolçusu Ayvan Tounidən gedir.

Bu barədə "Telegraph" məlumat yayıb. 

Xəbərə görə, Premyer Liqa klubu futbolçu üçün "Brentford"a təklif göndərib. İngiltərə klubu isə futbolçunu 60 milyon avroya satmağa hazır olduğunu bildirib.

Touni özü isə "Əl-Əhli"nin ona ildə 20 milyon avro maaş verəcəyi təqdirdə razılaşacaq. 

Forvard qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün mövsümün ilk yarısını buraxıb. Bundan sonra İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt hətta Tounini Avropa çempionatına apardı və o, Almaniyada Slovakiya millisi ilə matçda assistentlik etdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər