Türkiyə aviaşirkəti Premyer Liqa klubuna sponsor oldu

Türkiyə aviaşirkəti Premyer Liqa klubuna sponsor oldu

İngiltərənin “Çelsi” klubu yeni sponsorluq müqaviləsi imzalayıb. London təmsilçisi Türkiyənin aparıcı aviaşirkətlərindən biri olan “Pegasus Hava Yolları” ilə razılığa gəlib.

Fanat.Az xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, “Pegasus Hava Yolları” “Çelsi”nin rəsmi hava yolu sponsoru statusunu qazanıb. Müqavilə çərçivəsində klubun səfərləri və beynəlxalq uçuşlarının məhz bu şirkət tərəfindən təmin ediləcəyi bildirilir.

Tərəflər arasındakı əməkdaşlığın həm “Çelsi”nin qlobal brend dəyərinin artmasına, həm də “Pegasus”un Avropa və dünya bazarında tanıtımına mühüm töhfə verəcəyi qeyd olunur.

Sponsorluq sazişinin maliyyə detalları isə açıqlanmayıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər