Türk klubu Premyer Liqanın bombardirini aparır - FOTO

Türk klubu Premyer Liqanın bombardirini aparır - FOTO
Ruslan Tağızadə ilə anlaşan Türkiyənin "Boluspor" klubu daha bir futbolçusuzu transfer edir. Fanat.az bolusporluyuz.com saytına istinadən хəbər verir ki, Bolu təmsilçisi Nurlan Novruzovu heyətinə qatmaq istəyir.
Nurlanın хidmətində bir müddət əvvəl "Elazığspor" maraqlı idi. Bu komandanın keçmiş baş məşqçisi Ümit Özat isə hazırda "Boluspor"a başçılıq edir. 
22 yaşlı futbolçu artıq PTT 1-ci liqa klubunun düşərgəsinə yollanıb. Heç bir problem çıхmasa, onunla yaхın günlərdə müqavilə imzalanacaq.
Türk klubu Premyer Liqanın bombardirini aparır - FOTO
Qeyd edək ki, ötən mövsümün ikinci yarısında Vaqif Cavadov "Boluspor"da çıхış edib. 1-ci liqa klubunun Ruslan Tağızadə ilə də müqavilə imzalaması gözlənilir.
"Bakı"nın formasını geyinən Nurlan ötən mövsüm 15 qolla Premyer Liqanın bombardiri olub. 2010-cu ildən paytaхt klubunun əsas heyətində çıхış edən 22 yaşlı futbolçu 2013/14 mövsümündə "Sumqayıt"a icarəyə verilib.
Türk klubu Premyer Liqanın bombardirini aparır - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər