Topaz Premyer Liqasının püşkü nə vaxt atılacaq?

Topaz Premyer Liqasının püşkü nə vaxt atılacaq?
Topaz Premyer Liqasında 2014/15 mövsümünün püşkatma vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. 
Onun sözlərinə görə, tədbir iyulun 18-də İçərişəhərdəki "Shah Palace"də təşkil olunacaq. Mərasimə növbəti mövsüm elitada mübarizə aparacaq 10 klubumuzun rəsmiləri və jurnalistlər dəvət ediləcək. Tədbir zamanı Premyer Liqada aprel və may aylarının ən yaxşı futbolçuları, ən yaxşı qolun müəllifləri, eləcə də ayın futbolçusunu düz tapan jurnalistlərin mükafatlandırılması da gözlənilir.
sportnet.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər