Topaz Premyer Liqasının ən yaxşı qapıçısı - ARAŞDIRMA

Topaz Premyer Liqasının ən yaxşı qapıçısı - ARAŞDIRMA

Topaz Premyer Liqasının arxada qalan 30 turunun 150 oyununda 29 qapıçı meydana çıxıb. Fanat.az xəbər verir ki, 27 qolkiper 150 qarşılaşmada 361 dəfə məyus olub.

Ən çox qapıçıya güvənən komanda "Sumqayıt" olub. Autsayder qapısını 5 müxtəlif qolkiperə əmanət edib. "Qəbələ" qapı xəttində 4 nəfərə güvənib. "Qarabağ", "İnter", "Bakı" və "Xəzər Lənkəran"ın qapıçını 3, "Neftçi", "Simurq", AZAL və "Rəvan"ın qapısını isə 2 qapıçı qoruyub.

İki qapıçı mövsüm ərzində iki klubun formasını geyinib. Yanvaradək "Bakı"da çıxış edən Kamran Ağayev fasilədən sonra "Qəbələ"nin uğurları üçün tər tökür. Qışda "Qəbələ"yə transfer olunan digər qapıçı Anar Nəzirov isə mövsümə "Sumqayıt"da başlamışdı.

Buraxılan qollara görə mövsümün ən yaxşı qapıçısı İbrahim Şehiç hesab oluna bilər. Bosniyalı qolkiper 17 oyunda cəmi 7 dəfə məyus olub. Bu isə hər matça orta hesabla 0,41 top deməkdi.

Bu mənada Amil Ağacanov ikinci olmalıdı. Çünki o, hər oyunda orta hesabla 0,5 qol buraxıb. Amma Ağacanov cəmi 2 oyunda meydana çıxa bilib. Buna görə, Fərhad Vəliyevi mövsümün ən yaxşı ikinci qapıçısı hesab edə bilərik. "Qarabağ"ın qapıçısı 11 oyunda 6 dəfə topu tordan çıxarıb - orta hesabla 0,54 qol.

İbrahim Şehiç (Qarabağ): 17 oyun, 7 qol - orta hesabla 0,41

Amil Ağacanov (Simurq): 2 oyun, 1 qol - orta hesabla 0,50

Fərhad Vəliyev (Qarabağ): 11 oyun, 6 qol - orta hesabla 0,54

Andrey Popoviç (Sumqayıt): 4 oyun, 3 qol - orta hesabla 0,75 qol

David Pietrzkeviç (Qəbələ): 10 oyun, 8 qol - orta hesabla 0,80

Pavel Kapsa (Simurq): 28 oyun, 23 qol - orta hesabla 0,82

Georgi Lomaya (İnter): 9 oyun, 8 qol - orta hesabla 0,88

Dieqo Kosta (Qəbələ): 9 oyun, 8 qol - orta hesabla 0,88

Miro Varvodiç (Qarabağ): 2 oyun, 2 qol - orta hesabla 1,00

Səlahət Ağayev (İnter): 20 oyun, 21 qol - orta hesabla 1,05

Aqil Məmmədov (Bakı): 13 oyun, 14 qol - 1,07 orta hesabla 

Saşa Stamenkoviç (Neftçi): 29 oyun, 32 qol - orta hesabla 1,10

Elxan Əhmədov (Bakı): 7 oyun, 8 qol - orta hesabla 1,14

Orxan Sadıqlı (Xəzər Lənkəran): 23 oyun, 30 qol - orta hesabla 1,30

Kamran Ağayev (Bakı, Qəbələ): 20 oyun, 26 qol - orta hesabla 1,30

Kamal Bayramov (Rəvan): 6 oyun, 8 qol - orta hesabla 1,33

Ruslan Məcidov (AZAL): 19 oyun, 26 qol - orta hesabla 1,36

Elşən Poladov (İnter): 2 oyun, 3 qol - orta hesabla 1,50

Pavel Doroşev (Neftçi): 2 oyun, 3 qol - orta hesabla 1,50

Vyekoslav Tomiç (Xəzər Lənkəran): 2 oyun, 3 qol - orta hesabla 1,50

Duqlas Leyte (Xəzər Lənkəran): 5 oyun, 8 qol - orta hesabla 1,60

Cahangir Həsənzadə (AZAL): 11 oyun, 18 qol - orta hesabla 1,63

Anar Nəzirov (Sumqayıt, Qəbələ): 18 oyun, 32 qol - orta hesabla 1,77

Şahruddin Məhəmmədəliyev (Sumqayıt): 7 oyun, 12 qol - orta hesabla 1,71 qol

Lukaş Sapela (Rəvan): 25 oyun, 47 qol - orta hesabla 1,88

Tərlan Əhmədli (Sumqayıt): 2 oyun, 4 qol - orta hesabla 2,00 qol

Elçin Sadıqov (Sumqayıt): 1 oyun, 3 qol - orta hesabla 3,00 qol

Qeydlər:

* "İnter"in qapıçısı Səlahət Ağayev III turda baş tutan "Qəbələ" ilə matçın 10-cu dəqiqəsində Georgi Lomaya tərəfindən əvəzlənib. 

* "Neftçi"nin XIII turda "Bakı" ilə keçirdiyi oyunun 27-ci dəqiqəsində Saşa Stamenkoviç qırmızı vərəqə alıb. Bundan sonra qapıya Pavel Doroşev keçib.

* XXVIII turun "Xəzər Lənkəran"la oyunun fasiləsində "Sumqayıt"ın baş məşqçisi Elçin Sadıqovu Tərlan Əhmədli ilə əvəzləyib.

* XXIII turun "Qəbələ" ilə oyununun 74-cü dəqiqəsində "Rəvan"ın qapıçısı Lukaş Sapela qeyri-etik jestə görə əvəzlənib. Son 16 dəqiqədə qapını Kamal Bayramov qoruyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər