Topaz Premyer Liqasının dəyəri açıqlandı

Topaz Premyer Liqasının dəyəri açıqlandı

Rusiya mətbuatında Avropa çempionatlarında bir məqamlar üzrə statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının ən gənc çempionatlardan biri olduğu açıqlanıb.Belə ki, milli çempionatımızda orta yaş həddi 24,8-dir. Azərbaycanı postsovet məkanından Ermənistan (23,3), Litva (23,5), Moldova (23,8), Latviya (24) qabaqlayır. Rusiya ən yaşlı çempionat kimi Avropada 1-dir – 26,4.Azərbaycan çempionatı transferlərin dəyərinə görə postsovet məkanında 4-dür. Belə ki, liqamızın orta qiyməti 177 min 162 avrodur. Azərbaycanı postsovet məkanında 1-ci Rusiya (2 milyon 763 min 164 avro), 2-ci Ukrayna (1 milyon 621 min 383 avro), 3-cü Belarusdur (293 min 653 avro). Çempionatımızı Qazaxıstan izləyir – 166 036 avro. Litva, Gürcüstan, Ermənistan, Latviya 100 min avrodan bir qədər məbləğlə sonluqdadır.

Ölkəmiz legionerlərin faizinə görə ilk pillələrdəndir. Belə ki, çempionatında 37 faiz əcnəbiləri olan çempionatımızın ən yaxın izləyiciləri Ukrayna və Qazaxıstandır – 35 və 32,9 faiz.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər