Topaz Premyer Liqasında yubileylər turu

Topaz Premyer Liqasında yubileylər turu
Üç futbolçu Topaz Premyer Liqasında yubiley matçına çıxıb. Fanat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onlardan biri 250-ci, ikisi 100-cü dəfə çempionat matçının iştirakçısı olub.
Premyer Liqada 2008/09 mövsümündə debüt edən Qara Qarayev çempionatda 100 görüşün hamısını “Qarabağ”ın formasında keçirib. Klubunda 100-cü Premyer Liqa matçına 7-ci mövsümdə çıxan dayaq yarımmüdafiəçisi bu matçlarda 1 qol vurub.
“Bakı”, “Qarabağ”, “Simurq”, “Kəpəz”, “Rəvan”da da çıxış etmiş Bəxtiyar Soltanov 100-cü oyununu “Araz-Naxçıvan”ın heyətində keçirib. 2007/08 mövsümündə debüt edən hücumçu yubiley matçında 14-cü qolunu vurub.
Debütü 2001/02 mövsümünə təsadüf edən Elnur Abdullayev “Bakı”, “Neftçi”, AZAL, “Turan”, “Muğan”da çıxış etdikdən sonra 250-ci oyununu “Xəzər Lənkəran”da keçirib. Hesabında 15 qol da olan yarımmüdafiəçi 250 və daha çox matç keçirən 39-cu futbolçu olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər