Topaz Premyer Liqasında yeni rekord

Topaz Premyer Liqasında yeni rekord
Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Fanat.az xəbər verir ki, çempionatın 12-ci turunda qapılara ümumilikdə 22 qol vurulub. 
Belə ki, azarkeşlər “Bakı” - “Simurq”, “İnter” - “Rəvan” və “Neftçi” - “Xəzər Lənkəran” görüşlərinin hərəsində 5 qola şahidlik edib. Bu matçlardan sonuncusunda 4:1, digər ikisində isə 3:2 hesabı qeydə alınıb. Hər 3 görüşdə meydan sahibləri qalib gəlib. “Sumqayıt” - AZAL oyunu qolsuz bitdiyi turun son görüşü daha məhsuldar alınıb. “Qarabağ” “Qəbələ”ni məğlub edib - 4:3. Bununla da 16 qolun vurulduğu 6-cı turun rekordu qırılıb.
Bu tur orta məhsuldarlıq 4,40-a bərabər oldu. Bu nəticə də son 6 mövsüm üçün mütləq rekorddu. 2008/09 mövsümünün startından indiyədək ən yüksək məhsuldarlıq 4-ə bərabər idi. 2009/10 mövsümümün 6-cı, 2012/13 mövsümünün 31-ci turunda 6 oyuna 24 qol vurulmuşdu. İndi həmin turlarla müqayisədə 2 qol az vurulsa da, bu 6 deyil, 5 matçda gerçəkləşib.

Tur

Qol sayı

1

15

2

14

3

14

4

11

5

10

6

16

7

11

8

2

9

12

10

14

11

7

12

22

Cəmi:

148

pfl.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər