Topaz Premyer Liqasında növbəti biabırçılıq: anti-rekord

Topaz Premyer Liqasında növbəti biabırçılıq: anti-rekord

Topaz Premyer Liqasının XXV turu üçün azarkeş sayı açıqlanıb. Fanat.az xəbər verir ki, turun ən çox tamaşaçı toplayan oyunu "Neftçi" - "İnter" matçı (0:2) olub. Bakıxanov qəsəbə stadionundakı oyuna 1500 azarkeş gəlib.

 

XXV turun ən az maraq doğuran matçı isə AZAL - "Bakı" qarşılaşması (2:0) olub. Şüvəlandakı oyunda tribunalarda cəmi 200 azarkeş toplaşıb.

 

Turun digər qarşılaşmalarından "Qarabağ" - "Xəzər Lənkəran" oyununa (1:0) 1000, "Qəbələ" - "Sumqayıt" matçına (2:0) isə 300 tamaşaçı gəlib.

 

Ümumilikdə turun 4 oyununu 3000 azarkeş tribunalardan izləyib ki, bu da hər oyuna orta hesabla 750 tamaşaçı deməkdi. Bu göstərici cari mövsümüçün anti-rekordudu. Belə ki, bundan öncə XIII turda ən aşağı nəticə qeydə alınmışdı. O vaxt turun 4 oyununu orta hesabla 775 azarkeş izləmişdi.//Publika.az 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər