Topaz Premyer Liqasının XXVI turunda baş tutan "İnter" - "Qarabağ" matçı maraqlı məqamla diqqəti çəkir. Fanat.az xəbər verir ki, qarşılaşmanı idarə edən Fariz Yusifov 90 dəqiqə ərzində əlini cibinə atmayıb.
Belə ki, oyun ərzində hakim nə sarı, nə də qırmızı vərəqədən istifadə etməyib. Mövsümün bundan əvvəl baş tutan 129 matçında heç referi oyunu vərəqəsiz yola verə bilməyib.
Fanat.az