Topaz Premyer Liqasında daha bir rekord: 5 qırmızı

Topaz Premyer Liqasında daha bir rekord: 5 qırmızı
Premyer Liqanın XX turu daha bir rekordla əlamətdar olub. Fanat.az xəbər verir ki, bu tur mövsümün ən çox qırmızı vərəqə göstərilən həftəsi olub.
Belə ki, turun 5 oyunundan ikisində hakimlər 5 futbolçunu meydandan qovub. "Böyük oyun"u idarə edən Rəhim Həsənov "Xəzər Lənkəran"dan Ağabala Ramazanovu, "Neftçi"dən Tərlan Quliyev, Karlos Kardoso və Bruno Bertuççini meydandan kənarlaşdırıb. "Rəvan" - "İnter" matçında ədaləti qoruyan Rauf Cabbarov isə meydan sahiblərindən Hüseyn Axundova qırmızı vərəqə verib.
Beləliklə, XX tur qırmızı vərəqələrin sayına görə rekord qırıb. Bundan əvvəl XV və XVIII turlarda futbolçu meydandan qovulmuşdu - 4. 

Turlar üzrə qırmızı vərəqə sayı

Tur

Qırmızı

Orta hesabla

I

0

0.0

II

3

0.6

III

2

0.4

IV

2

0.4

V

3

0.6

VI

3

0.6

VII

2

0.4

VIII

1

0.2

IX

1

0.2

X

1

0.2

XI

0

0.0

XII

0

0.0

XIII

1

0.2

XIV

1

0.2

XV

4

0.8

XVI

1

0.2

XVII

1

0.2

XVIII

4

0.8

XIX

0

0

XX

5

1.0

Cəmi

35

0.35

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər