Premyer Liqada mövsümün anti-rekordu qeydə alınıb. Fanat.az xəbər verir ki, XIX turun 5 oyununu cəmi 1700 nəfər izləyib. Bu hər oyuna orta hesabla 340 nəfər deməkdi.
Bir neçə gündü ölkədə davam edən əlverişsiz hava şəraiti azarkeşləri də stadionlardan qaçaq salıb. Bu səbəbdəndi ki, mövsümün ən pis nəticəsi qeydə alınıb. Bundan əvvəl ən pis göstərici XIV turda olmuşdu. Həmin vaxt 5 oyunu 3700 nəfər izləmişdi (orta hesabla 740).
Bir oyuna toplaşan azarkeş sayında da anti-rekord qeydə alınıb. Belə ki, I turun "Simurq" - "Rəvan" və VI turun "Simurq" - "Sumqayıt" oyunlarını 150 nəfər izləmişdi. XIX turun "Sumqayıt" - "Qəbələ" oyununa isə cəmi 100 nəfər toplaşıb.
Turun ən çox azarkeş marağına səbəb olan oyunu "Qarabağ" - "Xəzər Lənkəran" matçı olub. Lənkəran klubunun 1:0 hesablı qələbə qazandığı matçı 1000 nəfər izləyib.
Qarabağ - Xəzər Lənkəran (1000 tamaşaçı)
Neftçi - Simurq (200 tamaşaçı)
İnter - AZAL (200 tamaşaçı)
Bakı - Rəvan (200 tamaşaçı)
Sumqayıt - Qəbələ (100 tamaşaçı)
19 turun 95 oyununu ümumilikdə 146450 nəfər canlı izləyib ki, bu da hər matça orta hesabla 1541 nəfər deməkdi. Mövsümün rekordu IV turun "Xəzər Lənkəran" - "Neftçi" oyununda qeydə alınıb - 10000 nəfər.
| Turlar üzrə azarkeş sayı | ||
| Tur | Azarkeş | Orta hesabla |
| I | 8500 | 1700 |
| II | 10600 | 2120 |
| III | 11100 | 2220 |
| IV | 13450 | 2690 |
| V | 6000 | 1200 |
| VI | 10550 | 2210 |
| VII | 5450 | 1090 |
| VIII | 10400 | 2080 |
| IX | 5800 | 1160 |
| X | 7550 | 1510 |
| XI | 8950 | 1790 |
| XII | 5000 | 1000 |
| XIII | 8700 | 1740 |
| XIV | 3700 | 740 |
| XV | 8050 | 1610 |
| XVI | 7200 | 1440 |
| XVII | 8050 | 1610 |
| XVIII | 5700 | 1140 |
| XIX | 1700 | 340 |
| Cəmi | 146450 | 1541 |
Fanat.az