Topaz Premyer Liqasında anti-rekord

Topaz Premyer Liqasında anti-rekord
Premyer Liqanın XIV turunda anti-rekord qeydə alınıb. Fanat.az xəbər verir ki, mövsümün ən az azarkeşi bu turun oyunlarını izləyib. 
Belə ki, 5 oyuna cəmi 3700 nəfər toplaşıb ki, bu da hər matça orta hesabla 740 nəfər deməkdi. Bundan əvvəl ən az göstərici XII turda olmuşdu - 5000 (orta hesabla 1000).
XIV turda ən azarkeş "Bakı" - "Xəzər Lənkəran" oyununda olub - 300 nəfər. İki matçı 1000, digər iki qarşılaşmanı isə 700 nəfər izləyib.
İnter - Neftçi (1000 tamaşaçı)
Qəbələ - AZAL (1000 tamaşaçı)
Qarabağ - Rəvan (700 tamaşaçı)
Sumqayıt - Simurq (700 tamaşaçı)
Bakı - Xəzər Lənkəran (300 tamaşaçı)
14 turun 70 oyununu ümumilikdə 115750 nəfər izləyib ki, bu da hər matça orta hesabla 1653 nəfər deməkdi. Ən çox tamaşaçı IX turun "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasına toplaşıb - 10000. I turun "Simurq" - "Rəvan" və VI turun "Simurq" - "Sumqayıt" oyunlarını izə 150 nəfər izləyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər