Topaz Premyer Liqasında 3 yeni futbolçu

Topaz Premyer Liqasında 3 yeni futbolçu
XX turda daha 3 futbolçu Topaz Premyer Liqasında debüt edib. Fanat.az xəbər verir ki, yeni futbolçular "Qəbələ", "Xəzər Lənkəran" və "İnter"in heyətində meydana çıxır.
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Rusiya yığmamının sabiq üzvü Marat İzmayılovu "Qarabağ"a qarşı 90 dəqiqə oynadıb. "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Eliası "Neftçi" ilə oyunun ikinci yarısında meydana buraxıb və 45 dəqiqə oynamasına şərait yaradıb. "İnter"in çalışdırıcısı Kaxaber Tsxzadadze isə çex İvo Taborksini "Rəvan" matçının son 42-ci dəqiqəsində döyüşə atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər