Topaz Premyer Liqasında 1 dəqiqəlik sükut

Topaz Premyer Liqasında 1 dəqiqəlik sükut

Topaz Premyer Liqasında son turun bütün qarşılaşmaları 1 dəqiqlik sükutla başlayacaq. Fanat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev məlumat verib. 

 

Musayev bu addımı Türkiyənin Manisa şəhərindəki Soma kömür mədənində baş vermiş faciəvi hadisə ilə əlaqədar atdıqlarını açıqlayıb: "Türkiyədə baş verən faciəyə biganə qala bilməzdik. Biz də türkük, türkün faciəsi - bizm faciəmizdi. Ona görə də qərara aldıq ki, matçlara 1 dəqiqəlik sükutla başlayaq”. 

 

PFL prezident bildirib ki, son turda "Qarabağ” və "İnter”ə qızıl və gümüş medalların verilməsi nəzərdə tutulduğundan, qara sarğı ilə mərasimin keçirilməsi düzgün olmazdı: "Lakin bütün qarşılaşmalar 1 dəqiqəlik sükutla başlayacaq”.

 

Qeyd edək ki, ötən gecə Türkiyənin Manisa şəhərinin Soma bölgəsində mədən qəzası nəticəsində partlayış baş verib və nəticədə 300-dək insan həlak olub.

sportnet.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər