Avropanın 5 böyük çempionatında - İspaniya, İniltərə, Almaniya, İtaliya və Fransada çıxış edən futbolçuların orta yaş həddi müəyyənləşib. Fanat.az xəbər verir ki, "böyük beşlik"də orta yaş həddi 26,48-di.
"Transfermarkt"ın hesablamalarına görə, Çempionlar Liqasının 1/8 final mərhələsində 4 klubla təmsil olunmağı başaran Almaniya Bundesliqası "Böyük beşliy"in ən gənc çempionatıdı. Bu birincilikdə orta yaş həddi 24,8-ə bərabərdi. İtaliya A Seriyası isə ən yaşlı çempionat hesab olunur - 26,8.
1. Bundesliqa (Almaniya) - 24,8
2. Liqa 1 (Fransa) - 25,4
3. La Liqa (İspaniya) - 26,3
4. Premyer Liqa (İngiltərə) - 26,7
5. A Seriya (İtaliya) - 26,8
Ən gənc...
"Hoffenhaym" "Böyük beşliy"inə ən gənc komandasıdı. Bundesliqa təmsilçində orta yaş həddi 23,8-ə bərabərdi. Almaniya klubunu Lion "Olimpik"i izləyir - 24,1.
1. Hoffenhaym (Almaniya) - 23,8
2. Olimpik (Lion, Fransa) - 24,1
3. Frayburq (Almaniya) - 24,2
4. Verder (Almaniya) - 24,3
5. Vilyarreal CF (İspaniya) - 24,6
6. Nitsa (Fransa) - 24,6
7. Udineze (İtaliya) - 24,9
8. Ştutqart (Almaniya) - 24,9
9. Şalke 04 (Almaniya) - 25,0
10. Tuluza (Fransa) - 25,0
...və ən qoca klublar
5 böyük çempionatın ən yaşlı komandası "Yuventus"du. Turin klubunda orta yaş həddi 29,3-dü. İtaliya klubunu İspaniya təmsilçisi "Levante" izləyir - 29,1.
1. Yuventus (İtaliya) - 29,3
2. Levante (İspaniya) - 29,1
3. Fulhem (İngiltərə) - 28,9
4. İnter (İtaliya) - 28,6
5. Elçe (İspaniya) - 28,5
6. Kyevo (İtaliya) - 28,4
7. Atalanta (İtaliya) - 28,4
8. Vest Bromviç (İngiltərə) - 28,4
9. Vest Hem (İngiltərə) - 28,4
10. Çelsi (İngiltərə) - 28,3
Azərbaycanda orta yaş həddi
"Transfermarkt" bütün ölkələr kimi Azərbaycanda da orta yaş həddini hesablayıb. Saytın araşdırmalarına görə, Premyer Liqamızda orta yaş həddi 25,5-di.
Ən gənc klubumuz Premyer Liqanın autsayderi "Sumqayıt"dı - 23,2. "Simurq" isə 27,1 orta yaş həddi ilə ən yaşlı klubumuzdu.
1. Sumqayıt 23,2
2. Neftçi 25,2
3. Qarabağ 25,3
4. Xəzər Lənkəran 25,6
5. Bakı 26,0
6. Qəbələ 26,1
7. Rəvan 26,4
8. AZAL 26,4
9. İnter 26,7
10. Simurq 27,1
Fanat.az