Ötən mövsümün statistik göstəricilərinə əsasən Topaz Premyer Liqasında ikili mübarizələrdə “Bakı”nın futbolçuları daha uğurlu olub (52%). Fanat.az xəbər verir ki, bakılılar əsasən yerdəki mübarizələrdə uğurlu olublarsa, “Xəzər Lənkəran” futbolçuları hava mübarizələrində hamını üstələyib (orta hesabla 54%).
Paytaxtın eyniadlı komandası həm də top itkilərində (120) və top ələ keçirmədə (79), həmçinin müdafiədə (58%) və hücumda (48%) qazanılan ikili mübarizələrdəki göstəricilərə görə öndədi.
Fanat.az