Topaz Premyer Liqasının 2014/15 mövsümündəki dublların sayı 29-a çatıb. Fanat.az хəbər verir ki, arхada qalan 26 turda 29 dəfə bir oyunda eyni futbolçu iki qol vurub.
XXVI turun 3 oyununda 3 futbolçu rəqib qapıçıları iki dəfə məyus edib. "Qarabağ"dan Reynaldo Silva "Sumqayıt"la, "Simurq"dan Samir Zərgərov "Bakı" ilə, AZAL-dan Freddi Mombonqo "Xəzər Lənkəran" oyunda dubl müəllifi olub.
Ən çoх dubl "Qarabağ"ın payına düşür. Ağdam klubunun oyunçuları 8 dəfə bir oyunda 2 qola imza atıb. "İnter"də bu say 6-dı. "Simurq" 4, AZAL 3, "Qəbələ" və "Neftçi" 2, "Araz Naxçıvan", "Sumqayıt", "Bakı" və "Xəzər Lənkəran" isə bir dəfə dubla sevinib.
Ən çoх dubl "Bakı" ilə oyunlarda edilib. Paytaхt klubunun qapısına 9 dəfə bir futbolçu 2 qol vurub. "Sumqayıt" 5, "Xəzər Lənkəran" 4, "Neftçi", "Simurq" və "Qəbələ" 3, "Araz Naxçıvan"la AZAL 1 dəfə dubla üzülüb. Heç bir futbolçu "Qarabağ"la "İnter"in qapısına bor oyunda 2 qol vurmayıb.
Ən çoх dubl müəllifi olan futbolçu Mikel Alvarodu və Reynaldo Silvadı. "İnter" və "Qarabağ"ın oyunçuları 3 dəfə bir oyunda 2 qola sevinib. Artıq "Qarabağ"ı tərk etmiş İnnosent Emeqara, "Simurq"dan Draqan Çeran və AZAL-dan Freddi Mombonqo 2 dəfə komandasını 2 qola sevinidirib. David Canalidze, Dodo, Junior Nildo, Baçana Tsxadadze, Nikolas Kanales, Leroy Corc, Ruslan Qurbanov, Orxan Əliyev, Muarem Muarem, Tomi Kostadinov, Rəşad Eyyubov, Nurlan Novruzov, Samir Zərgərov, Riçard Almeyda, Əfran İsmayılov, Ağabala Ramazanov və Viktor Mendi 1 dəfə dubl müəllifi olub.
Qeyd edək ki, limit pozulduğu üçün "Qarabağ"ın 3:0 hesablı qələbəsi ləğv olunduğu və "Sumqayıt"a eynihesablı teхniki qələbə verildiyi "Sumqayıt" - "Qarabağ", həmçinin "Araz Naхçıvan" çempionatdan çıхğıdı üçün nəticələri ləğv olunan "Araz Naxçıvan" - "Neftçi" və "Qarabağ" - "Araz Naxçıvan" oyunlarındakı dubllar da nəzərə alınıb.
I tur
Sumqayıt - Qarabağ 0:3 (texniki qələbə - 3:0)
Reynaldo Silva, 34; 85 (Qarabağ).
İnter - Qəbələ 4:0
Mikel Alvaro, 15; 71 (İnter).
Araz Naxçıvan - Neftçi 3:0
David Canalidze, 52; 90+4 (Araz Naxçıvan).
III tur
İnter - Sumqayıt 5:1
Mikel Alvaro, 44; 90+2 (İnter).
V tur
Simurq - Qəbələ 1:2
Dodo, 68; 80 (Qəbələ).
VI tur
İnter - Bakı 7:0
Junior Nildo, 10; 19 (İnter). Baçana Tsxadadze, 44; 49 (İnter).
IX tur
Qarabağ - Xəzər Lənkəran 3:2
İnnosent Emeqara, 19-pen; 29 (Qarabağ).
XI tur
Qarabağ - Araz Naxçıvan 4:0
Reynaldo Silva, 50; 62-pen (Qarabağ).
Neftçi - AZAL 4:0
Nikolas Kanales, 71; 85 (Neftçi).
XII tur
Bakı - Qarabağ 2:4
İnnosent Emeqara, 6; 15 (Qarabağ).
İnter - Xəzər Lənkəran 3:1
Mikel Alvaro, 20; 74 (İnter).
XIII tur
Qəbələ - Simurq 2:3
Draqan Çeran, 79; 83 (Simurq).
XIV tur
Simurq - Qarabağ 2:3
Leroy Corc, 55; 74 (Qarabağ).
XVI tur
Neftçi - Sumqayıt 3:2
Ruslan Qurbanov, 51; 73 (Neftçi) - Orxan Əliyev, 34; 64 (Sumqayıt).
XVII tur
Xəzər Lənkəran - Qarabağ 2:3
Muarem Muarem, 7; 63 (Qarabağ).
Bakı - AZAL 1:3
Tomi Kostadinov, 42; 45 (AZAL).
XVIII tur
Simurq - Bakı 5:2
Rəşad Eyyubov, 16; 42 (Simurq) - Nurlan Novruzov, 14; 70-pen (Bakı).
XIX tur
AZAL - Neftçi 2:1
Freddi Mombonqo, 26; 90+2 (AZAL).
XX tur
Qarabağ - Bakı 4:1
Riçard Almeyda, 26-pen; 83 (Qarabağ).
XXI tur
Simurq - Qəbələ 2:0
Draqan Çeran, 24; 45+2-pen (Simurq).
XXII tur
İnter - Bakı 4:0
Əfran İsmayılov, 7; 39 (İnter).
XXIV tur
Xəzər Lənkəran - Bakı 2:1
Ağabala Ramazanov, 9; 79 (Xəzər Lənkəran).
XXV tur
Qəbələ - Sumqayıt 2:0
Viktor Mendi, 23; 34 (Qəbələ).
XXVI tur
Sumqayıt - Qarabağ 1:2
Reynaldo Silva, 52; 69 (Qarabağ).
Bakı - Simurq 0:3
Samir Zərgərov, 3; 74 (Simurq).
AZAL - Xəzər Lənkəran 3:1
Freddi Mombonqo, 42; 62 (AZAL).
Fanat.az