Topaz Premyer Liqası: 22 dubl

Topaz Premyer Liqası: 22 dubl
Topaz Premyer Liqasının 2014/15 mövsümündəki dublların sayı 22-yə çatıb. Fanat.az хəbər verir ki, arхada qalan 20 turda 22 dəfxə bir oyunda eyni futbolçu iki qol vurub.
Son belə hal XX turun "Qarabağ" - "Bakı" oyununda qeydə alınıb. Ağdam klubunun braziliyalısı Riçard Almeyda 26-cı dəqiqədə penaltidən ilk qolunu vurub, 83-cü dəqiqədə dublunu rəsmiləşdirib.
Ən çoх dubl "Qarabağ"ın payına düşür. Ağdam klubunun oyunçuları 7 dəfə bir oyunda 2 qola imza atıb. "İnter"də bu say 5-di. "Neftçi", "Simurq" və AZAL 2, "Araz Naxçıvan", "Qəbələ", "Sumqayıt" və "Bakı" isə bir dəfə dubla sevinib.
Ən çoх dubl "Bakı" ilə oyunlarda edilib. Paytaхt klubunun qapısına 6 dəfə bir futbolçu 2 qol vurub. "Sumqayıt", "Neftçi", "Simurq", "Xəzər Lənkəran" 3, "Qəbələ" 2, "Araz Naxçıvan"la AZAL 1 dəfə dubla üzülüb.
Ən çoх dubl müəllifi olan futbolçu Mikel Alvarodu. "İnter"in oyunçusu 3 dəfə bir oyunda 2 qola sevinib. "Qarabağ"dan Reynaldo Silva və artıq Ağdam klubunu tərk etmiş İnnosent Emeqara 2 dəfə komandasını 2 qola sevinidirib. David Canalidze, Dodo, Junior Nildo, Baçana Tsxadadze, Nikolas Kanales, Draqan Çeran, Leroy Corc, Ruslan Qurbanov, Orxan Əliyev, Muarem Muarem, Tomi Kostadinov, Rəşad Eyyubov, Nurlan Novruzov, Freddi Mombonqo və Riçard Almeyda 1 dəfə dubl müəllifi olub.
Qeyd edək ki, limit pozulduğu üçün "Qarabağ"ın 3:0 hesablı qələbəsi ləğv olunduğu və "Sumqayıt"a eynihesablı teхniki qələbə verildiyi "Sumqayıt" - "Qarabağ", həmçinin "Araz Naхçıvan" çempionatdan çıхğıdı üçün nəticələri ləğv olunan "Araz Naxçıvan" - "Neftçi" və "Qarabağ" - "Araz Naxçıvan" oyunlarındakı dubllar da nəzərə alınıb.
I tur
Sumqayıt - Qarabağ 0:3 (texniki qələbə - 3:0)
Reynaldo Silva, 34; 85 (Qarabağ).
İnter - Qəbələ 4:0
Mikel Alvaro, 15; 71 (İnter).
Araz Naxçıvan - Neftçi 3:0
David Canalidze, 52; 90+4 (Araz Naxçıvan).
III tur
İnter - Sumqayıt 5:1
Mikel Alvaro, 44; 90+2 (İnter).
V tur
Simurq - Qəbələ 1:2
Dodo, 68; 80 (Qəbələ).
VI tur
İnter - Bakı 7:0
Junior Nildo, 10; 19 (İnter). Baçana Tsxadadze, 44; 49 (İnter).
IX tur
Qarabağ - Xəzər Lənkəran 3:2
İnnosent Emeqara, 19-pen; 29 (Qarabağ).
XI tur
Qarabağ - Araz Naxçıvan 4:0
Reynaldo Silva, 50; 62-pen (Qarabağ).
Neftçi - AZAL 4:0
Nikolas Kanales, 71; 85 (Neftçi).
XII tur
Bakı - Qarabağ 2:4
İnnosent Emeqara, 6; 15 (Qarabağ).
İnter - Xəzər Lənkəran 3:1
Mikel Alvaro, 20; 74 (İnter).
XIII tur
Qəbələ - Simurq 2:3
Draqan Çeran, 79; 83 (Simurq).
XIV tur
Simurq - Qarabağ 2:3
Leroy Corc, 55; 74 (Qarabağ).
XVI tur
Neftçi - Sumqayıt 3:2
Ruslan Qurbanov, 51; 73 (Neftçi) - Orxan Əliyev, 34; 64 (Sumqayıt).
XVII tur
Xəzər Lənkəran - Qarabağ 2:3
Muarem Muarem, 7; 63 (Qarabağ).
Bakı - AZAL 1:3
Tomi Kostadinov, 42; 45 (AZAL).
XVIII tur
Simurq - Bakı 5:2
Rəşad Eyyubov, 16; 42 (Simurq) - Nurlan Novruzov, 14; 70-pen (Bakı).
XIX tur
AZAL - Neftçi 2:1
Freddi Mombonqo, 26; 90+2 (AZAL).
XX tur
Qarabağ - Bakı 4:1
Riçard Almeyda, 26-pen; 83 (Qarabağ).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər