Tacikistan yığmasının üzvü Premyer Liqada?

Tacikistan yığmasının üzvü Premyer Liqada?
"Qazaxıstan və Azərbaycan çempionatlarından bir neçə variant var. Yaxın vaxtlarda cari ildə hansı komandada çıxış edəcəyimə aydınlıq gələcək". Fanat.az xəbər verir ki, bu sözləri Tacikistan yığmasının və "İstiqlal"ın yarımmüdafiəçisi Fətxullo Fətxulloyev deyib.
Qeyd edək ki, Fətxulloyev 2008-ci ildən "İstiqlal"da top qovur. O, əvvəllər Düşənbə "Dinamo"sunun uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi 2007-ci ildən Tacikistan millisinə çağırılır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər