Bu gün Topaz Premyer Liqasında XII tura start verilib. Fanat.az-ın məlumatına görə, ilk oyun gününün yeganə oyunu Bakıda baş tutub. Paytaxtın eyniadlı təmsilçisi Zaqatalanın “Simurq” klubunu qəbul edib.
Premyer Liqa
12-ci tur
“Bakı” – “Simurq” - 3:2
Qollar: Əfran İsmayılov, 17 (pen); 73 (pen); Rauf Əliyev, 77 - Patrik Osiako, 43; Nicat Qurbanov, 82
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, İsgəndər Əliyev, Ziya Nəsirov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov
1 noyabr. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu
Qeyd edək ki, XII turun növbəti iki oyunu sabah keçiriləcək.
Fanat.az