Sautqeyt Premyer Liqa klubunu çalışdıra bilər

Sautqeyt Premyer Liqa klubunu çalışdıra bilər

Bu ilin yayına qədər İngiltərə millisinə rəhbərlik edən, 8 il sonra bu postunu təhvil verən ingilis baş məşqçi Qaret Sautqeyt “Everton”a rəhbərlik etməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Give me Sport" yayıb.

Xəbərə görə, Liverpul təmsilçisinin yeni sahibləri Şon Dayşın yerinə 54 yaşlı ingilisi dəvət etməyə hazırlaşır.

Xatırladaq ki, İngiltərə yığması Sautqeytin rəhbərliyi altında 102 oyun keçirib - 64 qələbə, 20 heç-heçə, 18 məğlubiyyət. Futbolun əcdadları Qaretin dövründə AÇ-2020 və AÇ-2024-ün finallarında çıxış ediblər. İngiltərə millisi son qitə çempionatında İspaniyaya 1:2 hesabı ilə uduzub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər