Röyal Nəcəfov bu komandaya baş məşqçi təyin edilə bilər - SON DURUM

Röyal Nəcəfov bu komandaya baş məşqçi təyin edilə bilər - SON DURUM

Ötən mövsümü 225 min manat borcla başa vuran 1-ci Liqa təmsilçisi "Mingəçevir" yeni baş məşqçi axtarışındadır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm "Şəfa"nı çempionluğa daşıyan Elgiz Kərəmli ilə şərtlərlə bağlı razılığa gələ bilməyən rəhbərlik daha bir variantı nəzərdən keçirir.

Belə ki, bu yay büdcəsi azaldılan "Baku Sportinq"lə vidalaşan 36 yaşlı çalışdırıcı Röyal Nəcəfovun yüksək hədəflər uğrunda mübarizə aparan komanda formalaşdırmaq bacarığını nəzərə alan "işıqçılar" onunla əməkdaşlıqda maraqlıdır. Düzdür, hələ Nəcəfovun "Mingəçevir"in baş məşqçisi olub-olmayacağı dəqiqləşməyib, amma aran klubunun idarəçiləri sonradan fikirlərini dəyişməsələr, bu təyinatın reallaşmaq ehtimalı yüksəkdir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər