Milli komandamızın üzvü Ruslan Abışovun forma geyindiyi "Rubin" Avropa Liqasının qrup mərhələsinin II turunda Belçikanın "Sulte Varegem" klubunu 4:0 hesabı ilə məğlub etdi. Həmin oyunda meydana start heyətində çıxan futbolçumuz klubun rəsmi saytına müsahibə verib.
- Allaha şükür ki, komandamız bizim üçün vacib olan qələbəni qazandı. Gözəl qollar vura bildik. Amma, tezliklə bu oyunu unudub “Anji” ilə qarşılaşmaya hazırlaşmalıyıq. Bu heç də əhəmiyyətsiz oyun deyil. Əgər biz qalib gəlsək, o zaman turnir cədvəlində üst pilləyə qalxacağıq. İndi biz çox aşağıdayıq. Bu ədalətli deyil.
- Sol cinah müdafiəçisi kimi oynadın. Buna necə şərh verə bilərsən?
- Hə, bu mənim öyrəşmədiyim mövqe idi. Bütün karyeram ərzində bəlkə də 3 ya 4 dəfə sol cinah müdafiəçisi kimi oynamışam. Mənim oynadığım yer hücumameylli yarımmüdafiəçi və ya mərkəz müdafiəçisi olub. Amma, bu oyunda belə bir göstəriş oldu. Mən çox şadam ki, komandaya köməklik edə bildim. Mənim üçün əsas olan oynamaqdı.
- Oyundan sonra baş məşqçiniz nə dedi?
- O hamıya təşəkkür etdi və “Anji” ilə oyunu fikirləşməyi tapşırdı.
- Hələ ki, Avropa Liqasında əsas heyətdə çıxış etdin. Ümid var ki, Rusiya çempionatında da əsas heyətdə meydana çıxasan?
- Əlbəttə, Rusiya çempionatında da oynamaq istəyirəm. Amma, bu futboldu. Mən şans gözləyirəm. Əgər baş məşqçimiz tapşırsa, 90 dəqiqə oynamağa hazıram.
- Bəs, əsas heyətdə çıxış etməyə-etməyə fiziki hazırlığın necə stabil qalır?
- Bəli, oyun təcrübəsi olmayanda bir çox çətinliklər olur. Amma, bizim fiziki hazırlıq üzrə çox yaxşı məşqçimiz var və biz davamlı məşq edirik. Amma, mən təəssüflənmirəm. Sadəcə, şans gözləyirəm. Əgər mənə şans verilsə, məmnuniyyətlə maksimum dərəcədə hər şeyimi ortaya qoyacam.