Qvardiola Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Qvardiola Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında bu mövsümünün ən yaxşı baş məşqçisi seçilib.

Fanat.Az xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb. 

İspaniyalı mütəxəssis "Mançester Siti"ni ardıcıl 4-cü dəfə Premyer Liqanın qalibi edib. “Şəhərlilər” bu mövsüm “Arsenal” və “Liverpul”un iştirak etdiyi çempionluq yarışında son 23 oyunu məğlubiyyətsiz, son 9 matçı isə maksimum nəticə ilə başa vurub. 

“Mançester Siti” dörd il dalbadal çempion olmaqla Premyer Liqada rekord reallaşdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər