Qurban Qurbanov: "Premyer Liqamıza yaxşı məşqçilər gəlir"

Qurban Qurbanov: "Premyer Liqamıza yaxşı məşqçilər gəlir"
Qurban Qurbanov "Qəbələ" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi rəqibin güclü komanda olduğunu deyib:  
"Futbol buna görə sevilir. Oyun heç-heçə də başa çata bilərdi, məğlub da ola bilərdik. "Qəbələ" sübut elədi ki, yaxşı komandadı, futbolçuları topla yaxşı davrana bilir. Hər oyunda 7 qol vurulmur. Bir daha gördük ki, çempionat çox ağırdı, Premyer Liqamıza yaxşı məşqçilər gəlir. Rəqib sona qədər mübarizə apardı, əbəs yerə ilk üçlükdə olmadığını göstərdi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər