"Yalnız bu komandadan sürpriz gözləyirəm" - Röyal Nəcəfov

"Yalnız bu komandadan sürpriz gözləyirəm" - Röyal Nəcəfov

"Səbail", "Şahdağ Qusar", "Karvan-Yevlax" və MOİK-in iddialı olacağı dəqidirsə, "Gəncəbasar", "Mingəçevir", "Baku Sportinq", "Şimal" və "Zaqatala"nın böyük hədəflər uğrunda mübarizə aparacaqlarını düşünmürəm. Bunu etdikləri transferlərə, büdcələrinə görə deyirəm".

Bu sözləri Fanat.Az-a açıqlamasında ötən mövsümün sonunda 1-ci Liqa təmsilçisi "Baku Sportinq"in çalışdırıcısı postundan ayrılan Röyal Nəcəfov deyib.

Hazırda "B" kateqoriyası almaq üçün kurslara qatılan mütəxəssis yeni "futbol ili"ndə 1-ci Liqada hansı komandadan sürpriz gözlədiyi barədə fikirlərini bölüşüb:

"Sürpriz komanda İkinci Liqadan gələn "Xankəndi" ola bilər. Yaxşı heyətləri var. Yekunda ilk "5-lik"də qərarlaşa bilsələr, onlar üçün normal nəticə sayılar. Lakin iddialılardan hansınınsa yerini əlindən almaları, "3-lüy"ə düşmələri də mümkündür. Yalnız bu komandadan sürpriz gözləyirəm".

Xatırladaq ki, Azərbaycan 1-ci Liqasında yeni mövsüm sentyabrın 3-də başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər